Əsas məzmuna keç

ƏRDOĞAN PAŞİNYANLA “TÜRK EVİ”NDƏ GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, görüşdə iki ölkənin münasibətlərində normallaşma, Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib. Ərdoğan Ankara ilə İrəvanın ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini vurğulayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…