Əsas məzmuna keç

“Real Madrid” futbolçusu Eder Militao əməliyyat olunub

İspaniyanın “Real” klubunun futbolçusu Eder Militao əməliyyat olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı braziliyalı müdafiəçi sol ayağından cərrahi müdaxiləyə ehtiyac duyub.

O, yaxın günlərdə reabilitasiyaya başlayacaq.

Xatırladaq ki, Eder Militao cari mövsüm İspaniya La Liqasında 16 oyunda 2 qolla yadda qalıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…