Hadisə
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qarabağ” klubu akademiyanın baş koordinatoru Aftandil Hacıyev, baş məşqçilər – Maksim Medvedev və Rəşad Sadiqovla müqavilənin müddətini uzadıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərtac-a akademiyanın meneceri Nail Kərimov məlumat verib.
Rəşad Sadiqov Ağdam klubunun U-19 komandasına, Maksim Medvedev isə əvəzedicilərə başçılıq edir.
Klub rəsmisi bildirib ki, əvəzedicilər liqası ləğv olunsa, M.Medvedev başqa işlə təmin olunacaq. O, son olaraq U-16-nın baş məşqçisi olan Rauf Əliyevlə vidalaşdıqlarını təsdiqləyib.