İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ABŞ prezidenti Donald Trampın “danışıqlara açıq olduğumuz” açıqlamasına “İranın şərtləri yerinə yetirilməyincə heç bir danışıqlar olmayacaq” deyə cavab verib.
Tezadlar.az xəbər verir ki, sosial media hesabında paylaşdığı mesajda Rezai Trampın danışıqlara qayıtmasına cavab olaraq bildirib.
“ABŞ prezidentinin “danışıqlar yoxdur”dan “danışmağa hazırıq”a qədər qarışıq mesajlarına aldanmayın”, – Rezai əlavə edib: “Neft və boğazlar ilə bağlı güc balansı dəyişib. Vəziyyəti xilas etməyə çalışmaq gələcəkdə baş verənləri dayandırmayacaq. İranın şərtləri yerinə yetirilməyincə heç bir danışıqlar olmayacaq. Nöqtə!”
Son həftələrdə Tramp İranla danışmayacaqlarını bildirmişdi, lakin dünənki açıqlamasında “danışıqlara açıq olduqlarını” göstərib.
İran rəsmiləri ABŞ-dan danışıqların bərpasından əvvəl blokadanı və iqtisadi sanksiyaları ləğv etməsini, dondurulmuş İran aktivlərini azad etməsini və İsrailin Livan və Qəzzaya hücumlarını dayandırmasını tələb edirlər – 17 iyun müqaviləsində göstərilən şərtlər.
ELBAR







