Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Aprel 2026 / 16:36

Rezidenturaya sənəd qəbulunun son günüdür

Rezidentura imtahanı üçün aprelin 13-dən başlayan sənəd qəbulu bu gün 23:59-da yekunlaşacaq.

Tezadlar.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan üçün hazırda 2244 nəfər qeydiyyatdan keçib. Onlardan 1741 nəfəri Azərbaycan bölməsi, 503 nəfəri isə rus bölməsi üzrə qeydiyyatını tamamlayıb.

İmtahanda iştirak etmək istəyənlər “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 20 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurub təsdiq etməlidir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdi 2026-cı il mayın 3‑də keçiriləcək.

Qeyd edək ki, rezidentura imtahanı ödənişlidir. İmtahan üçün ödəniz qiyməti 60 manatdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!