Əsas məzmuna keç

Rihanna toy üçün 10 milyon dollar istədi?

mailonline reported rhianna was paid million to do the bare min a
“TikTok”da birgə çəkdikləri videolarla geniş auditoriya qazanan Artem Melikson və Madina Karqay (kargayy) növbəti paylaşımları ilə izləyicilərin marağına səbəb olublar.

Tezadlar.az xəbər verir ki, cütlük yeni videoda toylarına dünya şöhrətli müğənni Rihannanı dəvət etmək istədiklərini bildirib. Kadrlarda Rihannanın komandası tərəfindən göndərildiyi iddia olunan məktub nümayiş etdirilir. Həmin məktubda sənətçinin toyda çıxış etməsi üçün 10 milyon dollar qonorar tələb olunduğu göstərilir.

Bu məbləği görən Artem və Madina təəccüblərini gizlətməyərək vəziyyəti həm “çox gülməli”, həm də “absurd” adlandırıblar.

Videonun sonunda isə onlar bunu zarafatla davam etdirərək izləyicilərdən həm bu paylaşımın şərhlərində, həm də növbəti videolarında Rihannanı işarələmələrini (tag etmələrini) xahiş ediblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…