Əsas məzmuna keç

Rodrigez: Seçkilər baş tutacaq, amma ölkə hazır olanda

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez seçkilərin lazımi şərtlər yerinə yetirildikdə keçiriləcəyini bildirib və deyib: “Seçkilər baş tutacaq, amma ölkə hazır olanda”.

Tezadlar.az xəbər verir ki, Karakasdakı Miraflores Prezident Sarayında keçirilən mətbuat konfransında çıxış edən Rodrigez 5 yanvarda vəzifəyə başladığı gündən bəri “gecə-gündüz” çalışdığını bildirib.

Rodrigez vurğulayıb ki, Venesuelada seçkilər lazımi şərtlər yerinə yetirildikdə keçiriləcək və deyib: “Seçkilər baş tutacaq, amma ölkə hazır olanda. Mən vaxtı gələndə Venesuelanın seçki məntəqələrinə getməyə tam hazır olmasını təmin etmək üçün yorulmadan çalışmışam. Əmin olun ki, bu ölkədə seçkilər keçiriləcək, amma bu proses Venesuelanın tam hazır olduğu şəraitdə baş verəcək”.

Rodrigez Venesuelada demokratik sabitliyi təmin etmək və ölkəyə qarşı sanksiyalar dairəsini tamamilə qırmaq üçün intensiv diplomatiya apardığını bildirib və əlavə edib: “Venesuelada qüvvədə olan Konstitusiya və bu Konstitusiya ilə təmin edilən demokratik qayda mövcuddur. Üstəlik, seçki tarixini təyin edən səlahiyyətli şəxs mən deyiləm”.

ABŞ prezidenti Donald Tramp da Venesuelanın seçkilərə “hələ hazır olmadığını” bildirərək, ölkənin daha çox vaxta ehtiyacı olduğunu iddia edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…