14 Aprel 2026 / 18:56

Ronaldo karyerasını daha 4 il davam etdirə bilər

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştiano Ronaldo 2030-cu il Dünya çempionatında mümkün iştirakı barədə danışıb.

Tezadlar.az-ın xarici mediaya istinadən məlumatına görə, Ronaldo deyib: “2030-cu il Dünya çempionatında oynamaq imkanından tamamilə imtina edə bilmərəm. 41 yaşımda hər həftə qol vururam, ona görə də bəlkə daha dörd il oynaya bilərəm”.

2026-cı il Dünya çempionatının qrup mərhələsində Portuqaliya Kolumbiya, Konqo Demokratik Respublikası və Özbəkistanla qarşılaşacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!