Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Dövlət Katibi Marko Rubio Körfəz ölkələrinə səfərinin ilk dayanacağında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Tezadlar.az xəbər verir ki, ABŞ Dövlət Katibi Marko Rubio dünən gecə Əbu-Dabiyə gəlib. BƏƏ prezidenti Əl Nəhyanla görüş qapalı qapılar arxasında keçirilib.
O, DAHA İKİ ÖLKƏYƏ SƏFƏR EDƏCƏK
Buradakı görüşlərindən sonra ABŞ Dövlət Katibinin cümə axşamı Körfəz Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Küveytə, daha sonra isə Bəhreynə səfər etməsi gözlənilir.
Səfərdən əvvəl Rubio ABŞ-İran anlaşma memorandumunu Körfəz liderləri ilə müzakirə etməyi planlaşdırdığını bildirib.
HÖRMÜZ BOĞAZINDA “KEÇİD HAQQLARI” İLƏ BAĞLI GƏRGİNLİK
Amerika hərbi bazalarının yerləşdiyi Körfəz bölgəsi 28 fevralda müharibəyə səbəb olan ABŞ-İsrail hücumlarına cavab olaraq İran hücumlarına məruz qalıb.
BƏƏ 2800-dən çox raket və dronla bölgədə ən çox hədəfə alınan ölkə oldu.
E.ŞİRİNOV