Əsas məzmuna keç

RUSİYA PREZİDENTİNİN ŞƏRƏFİNƏ ÖZBƏK SAMSASI – “PUTİNKA”

Özbəkistanın paytaxtı Səmərqənd şəhərində Rusiya prezidenti Vladimir Putinin şərəfinə samsa hazırlanıb.

Özbəkistan KİV-nin məlumatına görə, Rusiya lideri Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı belə bir ləzzətin dadına baxmağa qonaq edilib.

“Bu samsanın adı “putinka”dır. Ona görə belə adlandırılıb ki, Vladimir Putin gəlib onun dadına baxıb. O, məmnuniyyətlə yedi”.

Bunu çörəkçi Aminjon Xamrakulov deyib.

O, həmçinin qeyd edib ki, samsa qat-qat xəmirdən və mal qiyməsindən hazırlanır. Xamrakulov samsanın qeyri-adi zərif dada malik olduğunu da açıqlayıb.

 

Y.MƏMMƏDLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…