Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ombudsman Nino Lomcariya ölkədə fəaliyyət göstərən Rusiyameylli “Mühafizəkar hərəkatı – Alt İnfo” partiyasının ləğvini tələb edir.
Yezadlar.az Gürsüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Gürcüstanın ictimai müdafiəçisinin 2021-ci il iyulun 5-də baş vermiş hadisələrlə bağlı bəyanatında deyilir. Sitat: “İctimaiyyətə xatırlatmaq istərdik ki, Gürcüstanın Avropa Komissiyası tərəfindən Aİ üzvlüyünə namizədliyi üçün ilkin şərtlərdən biri həssas qrupların müdafiəsi və zorakılıq törədənlər və təşkilatçıları üçün daha effektiv ədalət mühakiməsidir”.
Lomcariya bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan ictimaiyyət “Mühafizəkar hərəkatı” partiyasının Rusiyameyilli olduğu üçün, fəaliyyətinə qarşı etirazlara başlayıb. Bu səbəbdən siyasi təşkialtın ölkə üzrə bir neçə ofisi bağlanmağa məcbur olub. Təsisçisi “Alt-İnfo” onlayn media resursu olan “Mühafizəkar hərəkatı” partiyası ötən ilin dekabrında dövlət qeydiyyatına alınıb. Yaxın günlərdə partiyanın ləğvi reallaşacaq.
A.Məmmədli