Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2026 / 09:22

Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir?

Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Belarus və Bryansk istiqamətindən Ukraynaya hücum variantlarını nəzərdən keçirdiyini bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Zelenski bu barədə hərbi rəhbərlik, kəşfiyyat, Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyi ilə keçirilən müşavirədən sonra danışıb. Prezident qeyd edib ki, Kiyev Çerniqov-Kiyev istiqamətində müdafiəni gücləndirmək üçün artıq addımlar atır. Onun sözlərinə görə, Ukrayna həm Belarus, həm də Rusiyanın müəyyən bölgələrindən gələn təhlükələrə qarşı preventiv tədbirlər görür.

Rəsmi Kreml isə bu iddianı şərh etməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!