Hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri üzərində uçan 138 Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsini ələ keçirib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Hücum cəhdləri 15 may Moskva vaxtı ilə saat 20:00 ilə 16 may saat 07:00 arasında baş verib. Zərbələr Belqorod, Bryansk, Voronej, Kursk, Rostov, Oryol, Tula, Kaluqa, Lipetsk, Ryazan, Smolensk və Tver bölgələrini, eləcə də Krasnodar diyarını, Krımı və Moskva bölgəsini hədəf alıb. Dronlar Azov və Qara dənizlərin suları üzərində məhv edilib.
E.ŞİRİNOV







