Rusiya prezidenti Vladimir Putin “Tomahavk” raketlərinin Ukraynaya ötürülməsindən və Rusiya ərazisini uzaqmənzilli Qərb silahları ilə vurmaq imkanlarından danışıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, jurnalistin sualına cavab olaraq Putin qeyd edib ki, Rusiyaya bu cür silahlarla hücum ciddi nəticələrə səbəb olacaq. “Bu, eskalasiya cəhdidir. Əgər Rusiya ərazisinə belə silahlarla zərbələr endirilsə, cavab şoka salmasa da, çox ciddi olacaq. Fikirləşin”, – deyə Putin bildirib.
Putin həmçinin ABŞ-ın Rusiyanın iri neft şirkətlərinə qarşı sanksiyalarını Rusiya-Amerika münasibətlərinə kömək etməyən qeyri-dost addım adlandırıb: “Yeni sanksiyalara gəlincə, bəli bizim üçün ciddi məsələdir, bu başa düşüləndir və iqtisadi vəziyyətimizə müəyyən təsir etsə də, lakin ciddi nəticə verməyəcək. Prezident Tramp birinci prezidentliyi dövründə Rusiyaya qarşı indiyədək tətbiq edilmiş ən çox sanksiyaları tətbiq edib. Bu gün onların əsas istəyi Rusiyaya sırf siyasi və iqtisadi təzyiq göstərmək cəhdidir. Şübhəsiz ki, bu, Rusiyaya qarşı qeyri-dost hərəkətdir, bu, indi bərpa olunmağa başlayan Rusiya-Amerika münasibətlərini zəiflədir”. Vladimir Putin Budapeştdə Donald Trampla görüşünü şərh edərkən qeyd edib ki, ABŞ prezidenti çox güman ki, görüşün təxirə salınmasına işarələr edir: “Dialoq hər zaman hansısa qarşıdurmadan, mübahisədən, hətta daha çox müharibədən yaxşıdır. Ona görə də biz həmişə dialoqun davam etdirilməsini dəstəkləmişik və dəstəkləyirik”, – deyə Putin bildirib.
Qeyd: Avropa İttifaqı bu gün Rusiyanın kölgə donanmasını hədəf alan və mayeləşdirilmiş təbii qazın idxalını qadağan edən Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib. Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyanın iki ən böyük neft şirkəti olan Rosneft və Lukoil-a qarşı sanksiyalar tətbiq edib.

