Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Simonyan Vladimir Putinə cavab verib.
Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib ki, “Rusiya Federasiyasından “boşanmaq” niyyətimiz yoxdur, uşaqları bölmürük”.
Ermənistan Parlamentinin spikeri Alen Simonyan bu sözləri mayın 12-də Yerevanın Şenqavit rayonunda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının kampaniyası zamanı jurnalistlərə jurnalistlərə açıqlamasında deyib.
O, Rusiya nümayəndələrinin Moskvanın Ermənistandakı rolu ilə bağlı açıqlamalarına da münasibət bildirib.
“Onların bizə ehtiyacı yoxdur, amma harada oturmalarından asılı olmayaraq, həmişə deyirlər ki, Rusiyada Ermənistandakından daha çox erməni yaşayır, Rusiya olmasaydı, Ermənistan, hətta ölkə olmazdı. Əgər bizə o qədər ehtiyacınız yoxdursa, onda indi nəyi müzakirə edirik?”, – deyə parlament sədri qeyd edib.
Simonyanın sözlərinə görə, Moskva ilə İrıvan arasındakı mövcud mübahisələr siyasi prosesin bir hissəsidir:
“Bir stəkan suda fırtına qoparmağa ehtiyac yoxdur. Bu, siyasətdir: onlar öz fikirlərini bildirəcəklər, biz də öz fikirlərimizi bildirəcəyik, sonra oturub müzakirə edəcəyik, onlar bir şey təklif edəcəklər, biz də başqa bir şey təklif edəcəyik. Bu, siyasətdir, evlilik və ya qəyyumluq deyil”.
“Bizim aliment tələb etmək niyyətimiz yoxdur, uşaqları bölmək niyyətimiz yoxdur”, – deyə o bildirib.
JASMİN