Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə 21 raket və 361 silahlı pilotsuz uçuş aparatı (PUA) ilə hücumlar təşkil etdiyi açıqlanıb.
Tezadlar.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın gecəyə qədər raket və PUA istifadə edərək Ukraynaya qarşı hava hücumları həyata keçirdiyini bildirib.
Məlumata görə, Rusiya ordusu Ukraynaya 21 raket və 361 PUA ilə hücum edib.
Açıqlamada 20 raket və 349 PUA-nın hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyi, qalan raket və digər PUA-ların isə ölkənin altı fərqli nöqtəsinə zərbə endirdiyi qeyd edilib.
Ukrayna Dövlət Təcili Xidmətlərinin (DSNS) yazılı açıqlamasında Rusiya ordusunun Odessaya hücumu nəticəsində bir nəfərin öldüyü, altı nəfərin yaralandığı bildirilib.
E.ŞİRİNOV