17 Aprel 2026 / 09:19

Rusiya PUA-ları Rumıniyanın hava məkanına necə daxil olub?-QALMAQAL

Rumıniyanın radiolokasiya sistemləri Rusiyanın Ukraynaya gecə hücumu zamanı pilotsuz uçuş aparatının ölkənin hava məkanını pozduğunu qeydə alıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla  xəbər verir ki, bu barədə Ruminiya Müdafiə Nazirliyi açıqlama verib. Nazirlik bildirib ki, pilotsuz uçuş aparatı ilə əlaqə sərhədyanı Kiliya-Veke kəndi yaxınlığında itib. Nazirlik Rusiyanın hərəkətlərini pisləyib və Rumıniyanın müttəfiq dövlətlərlə mütəmadi qaydada koordinasiyada olduğunu bəyan edib. Sitat: “Biz Rusiya Federasiyasının regional təhlükəsizliyi təhdid edən və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozan addımlarını qətiyyətlə pisləyirik. Milli Müdafiə Nazirliyi müttəfiq strukturlarla koordinasiyanı davam etdirir, hadisələri izləyir və Rumıniya ərazisinin və əhalisinin müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır”.

Rusiya Müdafiə Nazirliyi isə hələki məsələyə aydınlıq gətirməyə tələsmir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!