Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyul 2026 / 20:10

Rusiya Qara dənizdə taxıl daşıyan mülki gəmiyə zərbə endirdi: 6 nəfər öldü

Rusiya ordusu Qara dənizdə taxıl daşıyan mülki yük gəmisinə raket zərbəsi endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Qvineya-Bisau bayrağı altında üzən, Türkiyə şirkətinə məxsus “Golden Leo” quru yük gəmisi döyüş zonasını tərk edərkən üç ədəd X-59/X-69 qanadlı raketlə vurulub.

Məlumata görə, gəmidə baş verən hücum nəticəsində azı altı dənizçi həlak olub. Ölənlər arasında bir Ukrayna vətəndaşının da olduğu, ekipajın bəzi üzvlərinin taleyinin isə hələlik naməlum qaldığı bildirilib. Ukrayna Hərbi Dəniz Qüvvələri hadisəni Qara dənizdə növbəti terror aktı kimi qiymətləndirib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!