Rusiya ordusu 120 binanı Ukrayna döyüşçülərindən azad edib
Rusiya hərbi qulluqçuları Konstantinovkada aktiv hücum əməliyyatları aparır və 120 binanı Ukrayna yaraqlılarından azad edib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Donetsk Xalq Respublikasının Konstantinovka kəndində Cənub Qüvvələri Qrupunun hücum qrupları aktiv hücum əməliyyatları aparır və 120 binanı Ukrayna döyüşçülərindən azad ediblər. Şəhərin cənub-qərb hissəsində Ukrayna Silahlı Qüvvələrinin 28-ci və 100-cü Mexanikləşdirilmiş Briqadalarının mühasirəyə alınmış bölmələrinin məhv edilməsi davam edir”, – deyə açıqlamada bildirilir.
E.ŞİRİNOV







