Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Rusiyanın Ukraynada işğal etdiyi hər kilometr Putinə 170 əsgərə başa gəlir”. Tezadlar.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “The Atlantic”ə müsahibəsində deyib. Sitat: “Ukrayna müharibəni uduzmur. Məncə bunu Prezident Trampın administrasiyası da başa düşüb. Bu onları bir qədər təəccübləndirə bilər, çünki Rusiyanın propoqandası onların üzərində birbaşa işləyir. Bu yaxınlarda apardığımız hesablamalara görə, Rusiya Ukraynada işğal etdiyi bir kilometr torpaq onlara 170 əsgərə başa gəlir”. zelenski bu rəqəmə ölü və yaralı əsgərlərin daxil olduğunu, yaralıların vəziyyətinin ağır olduğundan bir daha döyüşlərə qayıda bilmədiyini bildirib. “Bizim bununla bağlı sübutlarımız var. Onlar son altı ayda haradasa qalib gəliblər?Yox”,- Zelenski deyib.