Rusiya ordusu Qara dənizdə Ukraynanın iki mülki axtarış-xilasetmə katerinə hücum edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, icmaların və ərazilərin inkişafı naziri Oleksiy Kuleba məlumat verib.
Nazir onu da qeyd edib ki, kiçik sahil axtarış-xilasetmə katerləri beynəlxalq humanitar hüquqa əsasən xüsusi qorunma altındadır.
Məlumata görə, hər iki kater beynəlxalq hüquqa uyğun olaraq müvafiq rənglər və Axtarış-Xilasetmə mənasını verən SAR işarələri ilə işarələnib.







