29 Aprel 2026 / 12:58

Rusiyada sirkdə dəhşətli anlar: Pələng tamaşaçıların üzərinə tullandı

Tezadlar.az xəbər verir ki, Rusiyanın Rostov-na-Donu şəhərində sirk tamaşası zamanı faciənin bir addımlığından dönülüb. Nümayiş zamanı yırtıcı heyvan idarəetmədən çıxaraq tamaşaçılara hücum edib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, pələng qəfildən arenasındakı təhlükəsizlik torundan hürküb. Yırtıcı heyvan qorxu içində hasarın üstündən tullanaraq birbaşa tamaşaçıların əyləşdiyi zonaya daxil olub. Arena ilə izləyicilər arasındakı məsafənin az olması qorxu və təşvişi daha da artırıb.

Hadisə baş verən anda sirkdə böyük xaos yaşansa da, xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Sirk işçiləri və təhlükəsizlik qüvvələri dərhal müdaxilə edərək tamaşaçıları operativ şəkildə zalından təxliyə ediblər.

Səbinə Bağırova

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!