Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Avropa çempionluğunda daha bir qürurlu hadisə baş verib. Tezadlar.az Haber- Türk- ə istinadla bildirir ki, Türkiyə güləşçısi Rza Kayaalp rusiyalı Aleksandr Karelinin rekordunu qırararq 13 qat Avropa çempionu oldu.
Xatırladırıq ki, Albaniyanın paytaxtı Tiranada keçirilən yarışın finala gedən yolunda rusiyalı rəqibi ona kəllə, belaruslu idmançı isə həm kəllə həm də şillə atsa da türk alpı istəyinə çataraq adını Avropa güləş tarixinə yazdıra bildi.
Qürur duyulası qələbədir!
Maraqlıdır ki, Ukrayna mediasında bu qələbəyə sevinirlər və Rusiyanı təmsil edən güləşçinin bu məğlubiyyətini Putinin Ukraynaya qarşı haqsız müharibəsinə bir cavab kimi də qiymətləndirirlər.
Səbuhi