Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Sentyabr 2021 / 04:56

RUSIYANıN FöVQəLADə HALLAR NAZIRI BəDBəXT HADISəNIN QURBANı OLDU

Xəbər verildiyi kimi, Rusiyanın Fövqəladə Fallar Naziri Yevgeni Ziniçev həlak olub. Lakin onun ölümünün əsl səbəbi indi məlum olub… 

Rusiya KİV-ləri xəbər verir ki, nazir məşhur rusiyalı kinorejissor Aleksandr Melniki xilas etmək istəyərkən faciəvi şəkildə həlak olub. Belə ki, sənədli film çəkilişləri üçün Norilskə gələn A.Melnikin ayağı sürüşüb və o, suya yıxılıb. Bu zaman nazir onun həyatını xilas etmək üçün suya atılıb, lakin daşa çarpılıb. Nəticədə həm Y.Ziniçev, həm də rejissor A.Melnik həlak olublar. Baş verən bədbəxt hadisə ilə bağlı, Rusiya Prezidenti Vladimir Putin Y.Ziniçevin yaxınlarına başsağlığı verib.

 Bəli, vəzifəsi başqalarını xilas etmək olan FHN nazirinin özünü xilas etmək mümkün olmayıb. Görünür, filmin çəkilişi zamanı ehtiyat və təhlükəsizlik tədbirləri görülməyib. Əks halda, nazir belə bir bədbəxt hadisənin qurbanı olmazdı…

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!