3 İyul 2026 / 07:06

Rusiyanın Kiyevə hücumu: ölənlərin sayı 25-ə çatıb!

İki gün əvvəl Rusiyanın Kiyevə kütləvi zərbələri nəticəsində ölənlərin sayı artıq 25 nəfərə çatıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” kanalında məlumat verib. Tkaçenko hücum nəticəsində Kiyevin xeyli dağıntıya məruz qaldığını, yaralıların və ölənlərin sayının arta biləcəyini, o cümlədən insanların hələ də binaların dağıntıları altında qaldıqlarını vurğulayıb.

Ukrayna prezidenti Vladimir Zelenski bu vandalizm hərəkəti, xüsusilə də mülki obyektlərin raket zərbəsinə məruz qoyulması Rusiyaya ağır başa gələcək. Ötən gün isə Putinin göstərişi ilə Moskva şəhərində əhaliyə ciddi xəbərdarlıq edildi, evdən çıxmamaları tövsiyyə olundu.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!