Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2025-ci ildə Verbitski terrorizmə çağırışlar etdiyinə görə Rosfinmonitorinq siyahısına əlavə edilib
Riyaziyyatçı Mixail Verbitski Zvartnots hava limanında saxlanılıb.
Tezadlar.az bildirir ki, bu barədə “İzvestiya” Ermənistan polisinə istinadən xəbər verir.
Daha əvvəl Rusiya Daxili İşlər Nazirliyi onu beynəlxalq axtarışa verib.
Jurnalist Oleq Kaşin (Rusiyada xarici agent statusuna malik) Verbitskinin həbsi barədə ilk məlumat verən olub. O, bunun Rusiya Federasiyasının tələbi ilə edildiyini bildirib.
Verbitskiyə qarşı terrorizmə çağırışlar etdiyinə görə cinayət işi açılıb və Rosfinmonitorinq onu ekstremistlər və terrorçular siyahısına əlavə edib.
Moskvada Verbitski Nəzəri və Eksperimental Fizika İnstitutunda çalışıb, Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Riyaziyyat kafedrasında, eləcə də Qlazqo Universitetində və Belçikanın Brüssel Azad Universitetində dərs deyib. O, rusdilli internetdə məşhur bloqçu idi. 2015-ci ildən bəri Rio-de-Janeyroda yaşayır və Milli Riyaziyyat İnstitutunda professor vəzifəsində çalışır.
E.ŞİRİNOV