Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, ev 111 ünvanında fəaliyyət göstərən, “Ruslan” MMC-yə məxsus bazarda planlı yoxlama keçirib.
Tezadlar.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı bazarda etiket məlumatları olmayan turşu məhsullarının satışa çıxarıldığı, soyuducu kameraların təşkil edilmədiyi, obliqat qrupuna daxil olan işçilərin müvafiq geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində inzibati protokol tərtib olunub, obliqat qrupuna daxil olan işçilərin işdən kənarlaşdırılması və mənşəyi məlum olmayan qida məhsullarının satışının dayandırılması barədə qərar qəbul edilib.