Əsas məzmuna keç

RUSLAR GÜRCÜSTAN ƏRAZİSİNDƏ GÜRCÜSTAN VƏTƏNDAŞINI HƏBS EDİB- SOS

Rusiya Ordusunun qüvvələrinin nümayəndələri işğal altındakı Axmac kəndi yaxınlığında bir nəfər Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu qalnaqallı hadisə barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. DTX-dən verilən məlumata görə, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb, Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib.  “…Bu qanunsuz olaraq həbs edilən vətəndaşların azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir. Baş verənlərin məsuliyyəti isə tamamilə işğalçı rejimin üzərinə düşür”, -deyə məlumatda bildirilir.

Rusiya XİN və Rusiya Müdafiə Nazirliyi isə hələki bu hadisəyə aydınlıq gətirən açıqlama verməyib. Bununla belə, Gürcüstan rəhbərliyi məsələni ciddi şəkildə beynəlxalq müstəviyə çıxarmaqda israrlıdır…

A.Məmmədli.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…