Əsas məzmuna keç

RUSLAR XARKOVU YENİDƏN BOMBALADI…

Xarkov şəhərinin meri İqor Terexov və Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov rusların hücumları nəticəsində Xarkovda partlayışlar baş verdiyini,  ölənlərin də olduğunu bildiriblər…

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xatırladır ki, Terexov və Sinegubov bu barədə özünün teleqram kanalında bildirib. Sitat: “Xarkovda partlayış səsi eşidildi.” Sinegubov: “İşğalçılar Xarkova zərbələr endirirlər… Mülki yaşayış binasında yanğın baş verib. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir”.
“Yenilənmiş məlumatlara görə, bir mülki şəxs yaralanıb. Xəstəxanaya yerləşdirilməyib”.
Müharibə isə davam edir. Dünən Ukrayna ordusu Rusiyanın ən iri limanlarından birini dronlarla vurub, güclü yanğın baş verib, ölənlər var.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…