Əsas məzmuna keç

SƏHLƏNKAR SÜRÜCÜ YASAMALDA ONLARLA AVTOMOBİLİ XURD- XƏŞİL ETDİ

Ötən gecə Bakının Yeni Yasamal ərazisində zəncirvari yol qəzası baş verib.

Tszadlar.az xəbər verir ki, idarəetməni itirən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun kənarında dayanan maşınlara çırpıb. Nəticədə 10-dan çox avtomobilə ziyan dəyib. Əraziyə Dövlət Yol Polisi əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, sərnişin avtobusunun əyləc sistemində nasazlıq yaranıb.

Bu da sürücü səhlənkarlığının nəticəsi. Nə yaxşı ki, ölüm halları baş verməyib. Hadisə şahidləri bildirirlər ki, sürücü əyləcdən demək olar istifadə etməyib…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…