Əsas məzmuna keç

ŞəMKIRDə ŞOK: KüRəKəN QAYNANASıNı QəTLə YETIRDI Və…

Şəmkir rayonunda baş vermiş qətlin bəzi təfərrüatı məlum olub.

“Report”un Qərb Mərkəzinin əldə etdiyi məlumata görə, Mahizər Hüseynova yataq otağında yuxuda olduğu zaman bıçaqlanıb. O, kəskin ağrıya oyanıb və üst-başının qan içərisində olduğunu görüb. Bundan sonra səs-küyə anası Sədaqət İbadullayeva gəlib. Bu zaman kürəkəni onu da bıçaqlayıb. Hər iki qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin S.İbadullayeva yolda dünyasını dəyişib. M.Hüseynova isə cərrahiyyə əməliyyatına alınıb. Ailədə bundan əvvəl də zaman-zaman mübahisə yaşandığı, İ.Hüseynovun həyat yoldaşını ov tüfəngi ilə hədələdiyi bildirilir. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…