Gürcüstanda siyasi gərginlik artır…
Həbsdə olan sabiq prezident Mixeil Saakaşvili də hesab edir ki, müxalifətin parlament seçkilərində məğlubiyyətindən sonra kütləvi etirazların vaxtı çatıb. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Saakaşvili bu barədə feysbukdakı səhifəsində yazıb. Mixeil Saakaşvili açıq məktubunda deyib: “Əlbəttə, heç kim parlamentə getməməlidir. İndi başımıza kül səpməyin və aldandığımızdan narahat olmağın vaxtı deyil. İndi kütləvi etirazların vaxtıdır. Biz dünyaya göstərməliyik ki, azadlıq uğrunda mübarizə aparırıq və ədalətsizliyə dözməyəcək insanlarıq. Bir dəqiqə belə itirə bilmərik”. Qeyd edək ki, MSK tərəfindən açıqlanan rəsmi nəticələrə görə, 26 oktyabr tarixində keçirilən Parlament seçkilərində “Gürcü Arzusu” 53.92% səslə qalib gəlib. Parlamentə mandat qazanan digər müxalifət partiyaları isə seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər.
Hökumət belə çağırışlardan isə ciddi narahatdır. Prezident də seçkinin nəticəsini tanımadı.
A.Məmmədli