Əsas məzmuna keç

SAAKAŞVİLİNİN İŞTİRAKI İLƏ DAHA BİR MƏHKƏMƏ

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin “7 noyabr işi” üzrə məhkəmə prosesi keçirilib.

Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla bildirir ki, sabiq prezident məhkəmə iclasında onlayn qaydada iştirak edib. Ötən iclasda müdafiə tərəfi vəsatət qaldırdığından bugünkü prosesdə dəlillərə yenidən baxılıb. İclas zamanı çıxış edən Mixeil Saakaşvili İsrailə həmrəylik nümaiş etdirib. O, İsrail bayrağı qaldıraraq deyib ki, İsraildə qaranlıqla işıq arasında döyüş gedir. Onun sözlərinə görə baş verənlərin arxasında Rusiya dayanır. Daha sonra çıxışında Saakaşvili 7 noyabr hadisələrində ölkənin sabiq Baş prokuroru Otar Partsxaladzeni günahlandırıb. Saakaşvili həmçinin müxalifətə səslənib, birlik zamanı olduğunu bildirib. Hakimlərin qərarı ilə “7 noyabr işi” üzrə məhkəmə iclası oktyabrın 27-nə qədər təxirə salınıb.

Gürcüstan hakimiyyəti isə Saakaşvilin azadlığa çıxmasını müzakirə etməkdən imtina etməkdədir. Beynəlxalq qurumlar isə onun azad olunmasında israrlıdır…

Jasmin

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…