Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Gürcüstan Baş prokurorluğu sabiq prezident Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüb.
Tezadlar.az Baş Prokurorluğun saytına istinadla xəbər verir ki, prokurorluğun bəyanatında Mixeil Sakaşvilinin 2016-cı ildə öz partiyasından olan sabiq deputat Givi Tarqamadzeyə qarşı sui-qəsd tapşırığı verməkdə ittiham edilib. Qeyd olunub ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları sentyabrın 19-da Givi Tarqamadzeyə və digər şəxslərə qarşı sui-qəsd təşkil etmək ittihamı ilə axtarışda olan Darço Xeçuaşvilini həbs ediblər.
Məlumata görə, cinayət işi çərçivəsində saxlanılan şəxsin sorğu-sual edilməsi zamanı göstərişin sabiq Prezident Mixeil Saakaşvili tərəfindən verildiyi, sui-qəsdin planlaşdırılmasında sabiq daxili işlər naziri Giorgi Lordkipanidzenin də iştirak etdiyi məlum olub. Bildirilib ki, buna səbəb Givi Tarqamadzenin 2016-cı il seçkilərindən əvvəl hazırkı hakim partiya “Gürcü Arzusu” ilə əməkdaşlıq etməsi olub.
Saakaşvilinin vəkili isə bu bəyanata sərt cavab paylaşıb: “Bunların hamısı böhtandır…”.
A.Məmmədli