Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Eks prezident Mixeil Saakaşvilinin səhhətinin pisləşməsi ciddi narahatlıq yaratmaqdadır…
Onun səhhətinin yoxlanılması üçün Ukraynadan və Hollandiyadan Gürcüstana həkimlər göndərilib. Bu barədə onun vəkili Giorgi Gelxauri açıqlama verib. Onun sözlərinə görə, Ukrayna hökuməti Saakaşvili ilə yaxından maraqlanır və sabah Gürcüstana Ukraynadan həkim göndəriləcək. O həmçinin bildirib ki, artıq bir ukraynalı həkim gəlib və Saakaşvilinin sağlamlığı üçün digər həkimlərlə məsləhətləşmələr aparır.
Gürcüstanın siyasi hakimiyyəti isə Saakaşvilinin həbsdən azad edilməsi barədə dirəniş göstərməkdədir.
A.Məmmədli