Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Oktyabr 2021 / 15:26

SAATLIDA 3 NƏFƏR BIÇAQLANIB, BİRİNİN VƏZİYYƏTİ AĞIRDIR

Saatlı rayonu Sarıcalar kəndində mağazada münaqişə zamanı 3 nəfər bıçaqlanıb.

Məlumata görə, Saatlı rayonu Sarıcalar kənd sakinlərindən 1992-ci il təvəllüdlü Mirzəliyev Bəhruz Fizuli oğlu bel nahiyəsindən, 1979-cu il təvəllüdlü Adil Axmedov qol nahiyəsindən və 1993-cü il təvəllüdlü Rüstəmov Samir Vahid oğlu baş nahiyəsindən bıçaqlanıb.

Vəziyyəti ağır olan Mirzəliyev Bəhruz Fizuli oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!