Əsas məzmuna keç

“Sabah” klubu çempionluğunu rəsmən elan etdi

“Sabah” tarixində ilk dəfə olaraq futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi adını rəsmiləşdirib.

Tezadlar.az xəbər verir ki, bu gün keçirilən 21-ci turun təxirə salınmış “Neftçi” – “Qarabağ” matçında Ağdam klubu uduzub – 1:2.

Beləliklə, Premyer Liqanın bitməsinə 4 tur qalmış “Sabah”la “Qarabağ” arasında xal fərqi 13 olaraq qalıb. Bu isə o deməkdir ki, son 4 turun nəticəsindən asılı olmayaraq “Sabah” Azərbaycan çempionu adını qazanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…