23 Aprel 2026 / 07:22

“Sabah” “Qarabağ”ı məğlub etdi- MEYDANDA DAVA DÜŞDÜ

Dünən axşam saatlarında Azərbaycan Kubokunda yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib. Tezadlar.az AzTV- İdman-ın canlı efirinə istinadla bildirir ki, gərgin keçən oyunda “Sabah” “Qarabağ”ı qəbul edib. Görüşdə hesabı ağdamlılar açıb. Lakin sonradan “Sabah” iki qol vuraraq adını finala yazdırıb – 2:1.

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunu
22 aprel
20:00. “Sabah” – “Qarabağ” 2:1

Qollar: V. Simiç, 78, P. Mbina, 87 – K. Duran, 59
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bank Respublika Arena”
İlk oyun – 2:2

XXX

Xatırladırıq ki, oyunun əsas hissəsi başa çatdıqda əlavə edilmiş 4 dəqiqənin son saniyələrində “Qarabağ” “Sabah”ın qapısına həlledici topu güclü zərbə ilə vurduqda top “Sabah” oyunçusunun əlinə dəydi və bu 11 metrlik cərimə zərbəsinə əsas oldu. Lakin hakim rəqib oyunçusunun zərbə anında yaxın məsafədə olmasını əsas gətirərək “Sabah”ın qapısına 11 metrlik cəriməni təyin etmədi. Bu zaman ara qarışdı. “Qarabağ”ın oyunçuları dəstə ilə hakimin üstünə cumaraq cərimə tələb etdi. Bu zaman isə hakim oyunun bitmə fitini səsləndirdi… Lakin “Qarabağ”ın oyunçuları hakimə təzyiq və tələblərindən əl çəkmədikdə hakim iki oyunçuya sarı, ardınca birinə qırmızı vərəqə göstərərək vəziyyəti daha da gərginləşdirdi… Meydana mühafizəçilər tökülərək aranı sakitləşdirməyə çalışdı. İlk dəfədi ki, Azərbaycan futbol tarixində belə gərginlik yaranırdı. Vəziyyəti belə görən “Sabah” komandası da qələbəni qeyd etmək üçün meydanda qalib kimi görünməkdən çəkindilər.

Beləliklə, polis və mühafizəçilərin səyi ilə azarkeşlər və oyunçular arasındakı gərçinlik çətinliklə də olsa, yatırıldı…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!