Əsas məzmuna keç

SABAHDAN PENSİYALARIN ÖDƏNİŞİNƏ BAŞLANACAQ

Respublika üzrə pensiyaların ödənilməsi yanvar ayının 17-si tarixinə nəzərdə tutulub.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.

TEZADLAR.AZ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…