Əsas məzmuna keç

SABİQ NAZİR MÜZAMİL ABDULLAYEV DÜNYASINI DƏYİŞİB

Uzun illər Azərbaycanın kənd təsərrüfatı naziri olmuş Müzamil Abdullayev vəfat edib.

1995-ci ildən Moskvada yaşayan sabiq nazirin 81 yaşı var idi. Mərhum iyunun 18-də doğulduğu Gəncə torpağında dəfn olunacaq. Abdullayev Müzamil İmran oğlu 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. Sabiq Baş nazir Surət Hüseynova yaxınlığı ilə tanınırdı. Azərbaycanı da bu səbəblərdən tərk etmişdi və ömrünün son günlərinədək Moskvada yaşayırdı. Onun şərabçılıq sənayesi sahəsində böyük idarəçilik təcrübəsi vardı.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…