Sabirabadda 16 yaşlı qızı öldürərək Kürə atmaqda şübhəli bilinən 21 yaşlı şəxs barədə cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən “Təzadlar”ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadının meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.
Sabirabadda 16 yaşlı qızı öldürülüb niyə Kür çayına atıblar?






