Əsas məzmuna keç

Şagirdin güllələdiyi müəllimin vəziyyəti stabildir, amma…

“İdrak” liseyində şagirdi tərəfindən güllələnən, 1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Bu barədə tezadlar.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, fevralın 6-ı “İdrak” liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub. Şagird həbs edilib, istintaq aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…