Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sabahdan müəllimlərin sertifikasiya imtahanları başlayır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Tezadlar.az”–a verilən məlumata görə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq.
17 iyunda Azərbaycan dili, Rus dili, Rus dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı, Fransız dili, Alman dili;
18 iyunda Təsviri incəsənət, Musiqi, Fizika, Kimya, Biologiya;
19 iyunda Fizika, Kimya, Biologiya, Fransız dili, Alman dili, Azərbaycan dili, Rus dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı, Rus dili;
23 iyunda Riyaziyyat, Coğrafiya, İnformatika, İngilis dili, İbtidai sinif;
24 iyunda Tarix, Riyaziyyat, Coğrafiya, İnformatika;
25 iyunda isə Fiziki tərbiyə, İngilis dili, Texnologiya, İbtidai sinif müəllimləri sertifikasiya imtahanı verəcəklər.
Məlumata görə, test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Qeyd edək ki, bu il təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər ilk dəfə sertifikasiya imtahanı verəcəklər. Eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiya imtahanlarında iştirak edəcəklər.