Əsas məzmuna keç

SALEH MƏMMƏDOV BU DƏFƏ QƏBƏLƏDƏ VƏTƏNDAŞ QƏBULU KEÇİRƏCƏK

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 25-də Qəbələ rayonunda vətəndaşları qəbul edəcək.

Tezadlar.az xatırladır ki, qəbul saat 11:00-da Qəbələ rayonu “10 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Qəbələ və Oğuz rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlərin Qəbələ rayonu “10 №-li Yol İstismarı” və Oğuz rayonu “11 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…