8 İyun 2026 / 15:34

Şalva Papuaşvili Ermənistanda müxalifət üzvlərinin həbsi ilə bağlı Aİ-ni tənqid etdi

Gürcüstan Parlamentinin sədri seçkilərdən əvvəl Ermənistanda onlarla müxalifət siyasətçisi saxlanıldığını qeyd edib

Tezadlar.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Aİ-ni Ermənistanda müxalifət üzvlərinin həbsi ilə bağlı susqunluğuna görə tənqid edib.

Daha əvvəl təcili brifinq zamanı “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan bildirib ki, blok son bir ay ərzində ciddi təzyiq və təqiblərə məruz qalıb, komandasının təxminən 75 üzvü həbs edilib və 700-dən çox insan saxlanılıb.

“Seçkilərdən əvvəl Ermənistanda onlarla müxalifət siyasətçisi saxlanılıb və Avropa Birliyi bu fakta reaksiya verməyib”, – Şalva Papuaşvili Tbilisidə keçirilən brifinqdə bildirib.

O bildirib ki, əgər kimsə cinayət törədibsə, o, saxlanılmalıdır. Bu, qanunun aliliyidir. Əgər bu, Vaşinqton, Berlin və Yerevan üçün yaxşıdırsa, Tbilisi üçün də eyni dərəcədə yaxşı olmalıdır.

Qeyd edəkki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. On altı partiya və iki blok iştirak edib.

İlkin nəticələrə görə, parlamentə üç siyasi qüvvə daxil olub. Hakim Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,82%-ni, Samvel Karapetyanın Güclü Ermənistan bloku isə 23,28%, Robert Köçəryanın Ermənistan bloku isə 9,93% səs toplayıb.

Seçicilərin ümumi sayı 2.507.216 nəfər olub, onlardan 1.477.736 nəfəri və ya 58,94%-i səs verib. Etibarsız bülletenlərin sayı 17.097 nəfər olub. Son səsvermədə iştirak 58,97% olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!