21 İyul 2026 / 07:43

Salyandakı yol qəzasında 4 nəfər öldü, 3 nəfər yaralandı-TƏCİLİ

Dünən axşam saatlarında Salyanda baş verən avtomobil qəzasında ölənlərin sayı 4 nəfərə çatıb. Tezadlar.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadla bildirir ki, qəzada xəsarət alan “VAZ2106” markalı avtomobildə olan Şorsulu kənd sakini, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu isə həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Xatırladırıq ki, Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (1 qadın, 4 kişi) 20.07.2026-cı il tarixində 18:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-in hadisə ilə bağlı açıqlamasında deyilir. Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir. Vəziyyəti kritik ağır olan 1 nəfərin (kişi) isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 19:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Hadisənin sürücü səhlənkarlığından baş verdiyi şübhə doğurmur. Ötmə əməliyyatını düzgün yerinə yetirməmək sonda 4 nəfərin həyatına son qoydu…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!