12 Avqust 2025 / 17:23

Sammit zamanı Zelenski Alyaskaya buraxılmayacaq

TASS agentliyi mənbəyə istinadən yazır ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın zirvə görüşü zamanı Vladimir Zelenskinin Alyaskaya səfərini gözləməyə dəyməz.

“Putin və Trampın görüşü zamanı Zelenskinin Alyaskaya gələcəyini gözləmək olmaz”, – Tezadlar.az xəbər verir ki, agentlik mənbədən sitat gətirir.

“ABŞ Vladimir Putin və Donald Tramp arasında mümkün olan görüşün müsbət nəticələrinə müdaxilə etməyəcək”, – başqa mənbə agentliyə bildirib.

Bundan əvvəl “Bloomberg” və “The Wall Street Journal” kimi nəşrlər Trampın ətrafındakı anonim mənbələrə istinadən, guya görüşün üçtərəfli formatının nəzərdən keçirildiyini yazıblar.

Eyni zamanda, ABŞ dövlət katibi Marko Rubio müsahibəsində Donald Trampla Vladimir Putinin görüşünün ikitərəfli olacağını bildirib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!