Əsas məzmuna keç

Satışda vaxtı keçmiş qidalar: sahibkara protokol yazıldı

ecbc a dba dafafca

Mingəçevir şəhəri, Xocalı küçəsi 8 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Vəfa Razim qızı Əliyevaya məxsus “Yusif” marketdə plandankənar yoxlama keçirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı ciddi qanun pozuntusu aşkarlanıb. Belə ki, ümumilikdə 510 ədəd son istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulunun satışa çıxarıldığı müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Həmçinin, vaxtı keçmiş məhsulların satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və məhvi barədə müvafiq qərar qəbul olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…