Əsas məzmuna keç

SEÇKİDƏN SONRA İĞTİŞAŞLAR GÖZLƏNİLİR- GÜRCÜSTANDA

“Gürcüstanda parlament seçkilərindən sonra toqquşmalar və iğtişaşlar “demək olar ki, qaçılmazdır”.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Britaniyanın “The Financial Times” nəşri yazıb. Məlumatda qeyd olunur ki, buna səbəb həm hökumət, həm də müxalifətin qələbə gözləməsidir. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Əsas müxalifət partiyaları prezidentin təklif etdiyi xartiyanı imzalayıblar. Sənəddə nəzərdə tutulur ki, əgər onlar birlikdə “Gürcü Arzusu”ndan daha çox səs toplayarlarsa, “texniki hökumət” yaradacaqlar. Məlumat üçün bildirək ki, “texniki hökumət” və ya “milli razılıq hökuməti” hüquqi terminlər deyil. Bunlar siyasi sahəyə aiddir və siyasi terminlərdir.

Ölkədə isə artıq indidən siyasi gərginlik təhlükəli haldadır…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…