Əsas məzmuna keç

Şəfiqə Məmmədova AİK-in sədri seçildi- TƏBRİK EDƏNLƏR VAR

Sentyabrın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) Konfransı keçirildi. AİK- in katibi Akif Əli tezadlar.az-a bunları dedi:
-Qısa olaraq deyim ki, gündəlikdə aşağıdakı məsələlər qoyulmuşdu:
-Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədrinin seçilməsi;
-AKİ İdarə Heyətinin yeni tərkibinin təsdiq edilməsi;
-AKİ-nin Nizamnaməsinin yeni redaktədə qəbulu… Beləliklə, AKİ İdarə Heyətinin 28 avqust 2026-cı il tarixli qərarına əsasən, Dövlət Mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq artisti Şəfiqə xanım Məmmədovanın sədrliyə namizədliyi səsə qoyuldu. Konfrans nümayəndələrinin böyük əksəriyyətinin səs çoxluğu ilə Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi. Şəfiqə xanımı səmimi təbrik edir, işlərində uğurlar arzulayıram!
Sitatın sonu…
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…